Borçalıda gürcü və azərbaycanlı əlillərə yardım edilib
24 may 2013 00:24 (UTC +04:00)

Borçalıda gürcü və azərbaycanlı əlillərə yardım edilib

Mayın 23-də Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyasının təşkilatçılığı ilə Dmanisidə Azərbaycanın və Gürcüstanın Müstəqillik Gününə həsr olunan xeyriyyə aksiyası keçirilib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, 42 kənddən olan 100 nəfər əlilə ərzaq yardımı paylanılıb. Onlardan 20 nəfər gürcü, 80 nəfəri azərbaycanlıdır.

 

Tədbiri Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyasının rəhbəri Rövşən Əliyev açaraq, əllillərə yardım üçün dəstəyə görə, ARDNŞ-in Gürcüstan nümayəndəliyinə təşəkkür edib. Sonra Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev, ARDNŞ-in rəsmisi Şövqi Mehdizadə, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, Dmanisi rayon icra hakimiyyətinin başçısı Qoqi Barbakadze çıxış edərək, əlillərə yardıma görə Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyasının rəhbərliyinə təşəkkür edərək, təşkilatın əllillərə qayğısından söhbət açıblar.

 

Qeyd edək ki, ARDNŞ-in dəstəyi ilə və assosiasiyanın təşkilatçılığı ilə min tirajla Azərbaycan dilində nəşr olunan “Əlillərin Hüquqları haqqında konvensiya” məlumat kitabçası da əlillərə hədiyyə edilib.

 

Sonda gürcü və azərbaycanlı əlillər yardım üçün ARDNŞ-ə və Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyasına minnətdarlıqlarını bildirib.

 

Tədbirdə QHT nümayəndələri, gürcü və azərbaycanlı ziyalılar, kənd sakinləri, mətbuat nümayəndələri iştirak edib.

# 345
avatar

Oxşar yazılar