BNA-nin mütəxəssisləri Sakit Qocayev küçəsində təhlillər aparıb
17 yanvar 2018 15:20 (UTC +04:00)

BNA-nin mütəxəssisləri Sakit Qocayev küçəsində təhlillər aparıb

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərəkətinin təşkili ilə bağlı təhlillər aparıb. Agentlikdən Lent.az-a verilən məlumata görə, qeyd edilən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.

 

Məlum olub ki, küçə boyunca yolun sağ və sol tərəfində iaşə obyektlərinin mövcud olması səbəbindən yol kənarında nəqliyyat vasitələri qanunsuz park edilir. 9 marşrut xəttinin keçməsinə baxmayaraq, küçə boyunca dayanacaq məntəqələri və yol nişanlama xətləri standartlara uyğun təşkil edilməyib. Yolun asfalt-beton örtüyü yarasız vəziyyətdə olduğundan həmin ərazidə mütəmadi olaraq tıxac və insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir.

 

Qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün Sakit Qocayev küçəsində yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə sözügedən küçədə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni svetofor obyektlərinin quraşdırılması (buna uyğun olaraq svetofor fazalarının müəyyən edilməsi), piyada keçidləri, pandusların  və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması barədə təkliflər hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar