Biz kimik?
23 may 2013 18:06 (UTC +04:00)

Biz kimik?

Hər bir xalqın tarixində elə bir dövr olub ki, onun tarixinə müdaxilə etmək istəyiblər. Xalqı yönləndirmək istəyi xarici qüvvələrin hər zaman prioritet məsələ kimi qarşılarına qoyduqları əsas məqsədlərdən biri olub. Öz istədiklərini hər hansı bir xalqın istəyi səviyyəsinə qaldırmaq əsasən də bu istiqamətdə onun gənclərindən istifadə etmək artıq işin yarısı deməkdir. Səbəb isə gənclərin cəmiyyətin hərəkətverici qüvvəsi olmasıdır. Lakin tarix boyu elə xalqlar var ki, onlar heç zaman öz keçmişini unutmur öz köklərindən, mənəvi dəyərlərindən ayrılmır.

Sual oluna bilər ki, bu xalqların bu qədər təzyiqə baxmayaraq hər zaman ayaq üstə qalxmasına nə təkan verir. Sözsüz ki, xalqın böyüklüyü, dəyərləri, vətən və millət sevgisinin hər zaman ürəklərdə olması.

Bizlərin bugün azad və möhkəm olmağımızın səbəbi də sözsüz ki, yuxarıda göstərilən səbəblərdir.

Bəs biz kimik?

  • Biz muasir Azərbaycanın vətənpərvər, öz xalqına sevgisini hər zaman üstün tutan, Azərbaycanımızın daha da inkişaf etməsində əlimizdən gələni əsirgəməyən, sabaha inamı olan gənclərik!

O gənclər ki, öz tariximini unutmur və keçmişi ilə fəxr edir, yaşadığı yerdən asılı olmayaraq öz xalqı və dövlətinin mənafeyi üçün çalışır, ürəkləri döyündükcə vətən və millət sevgisi heç zaman sönməyəcəkdir.

Sözsüz ki, günümüzdə mənfur qonşumuzun istər, dövlətimizə istərsə də, millətimizə qarşı apardığı işlər göz qabağındadır. Bir zamanlar dost deyərək yaxınlıq edən və ələ düşmüş ilk imkandaca arxadan zərbə vuran düşmənlər eyni ilə həmin taktika üzrə öz işlərini davam etdirirlər. Zaman keçdikcə bizlərə qarşı apardığı işlərin məzmunu və forması müəyyən qədər dəyişilsə də prioritet məsələ Azərbaycan və onun xalqına qarşı qara piar işlərinin aparılması onların vəhşi xalq kimi dünyaya tanıdılmasıdır.

Sözsüz ki, Azərbaycanın müasir inkişafı, ölkədə müxtəlif səpkidə beynəlxalq tədbirlərin keçirilməsi, Azərbaycan ziyalılarının və gənclərinin müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı və Azərbaycanımız barədə çox uğurla aparılan təbliğat işləri, dövlətimizin bu istiqamətdə gənclərə göstərdiyi dəstək bir zamanlar Azərbaycan və azərbaycanlılar haqqında yaradılmış stereotiplərin dağıdılmasına səbəb oldu.

Şübhəsiz ki, bu istiqamətdə aparılan işlərdə hər zaman gənclərə öz dəstəyini əsirgəməyən və müasir Azərbaycan gəncliyinin arxasında duran prezident İlham Əliyevin zəhməti danılmazdır. Prezident gənclərə müraciətində hər zaman gənclərin savadlı, öz milləti və dövləti üçün faydalı olmalarını ön plana çəkir və bu istiqamətdə dövlətin hər zaman onların yanında olacağını gənclərin nəzərinə çatdırır onlara olan inamını vurğulayır. Biz, Azərbaycan gəncləri də bu istiqamətdə bacardığımızı edərək prezidentin bizə olan inamını doğruldacağıq!

 

Hümbətov Tural

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin  baş katibi

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar