Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Lent. az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan Hacıqabulun, saat 09:00-dan 20:00-dək İmişlinin və Saatlının bir hissəsinə, saat 13:00-dan Sumqayıtın bütün yaşayış məntəqələrinə, Siyəzən və Xızının bir hissəsinə, saat 14:00-dan 17:00-dək isə Binəqədinin Sulutəpə və Çiçək qəsəbələrinə təbii qaz verilişində fasilələr yaranacaq.