Bir ildə Qəbələ 45 min 500 turisti qarşılayıb
06 yanvar 2013 00:18 (UTC +04:00)

Bir ildə Qəbələ 45 min 500 turisti qarşılayıb

Qəbələ rayonuna gələn turistlərin sayı son 4 ildə üç dəfə artıb. Qəbələ rayon mədəniyyət və turizm şöbəsindən APA-ya verilən məlumata görə, 2012-ci ildə Qəbələ rayonuna gələn yerli və xarici turistlərin sayı 45 min 500 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 9650 nəfər çoxdur. Turistlərdən 31 min 350-i yerli, 14 min 150 nəfəri isə xarici vətəndaşdır. Qonaqların 38 min 500-ü müxtəlif turizm obyektlərində istirahət edib, 5400-ü işgüzar səfərdə olub, 1600-ü isə sanatoriyada müalicə olunub.   

     

Məlumata görə, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə isə ondan iki dəfə çox, yəni, 29 min 855, 2010-cu ildə 30 min 450, 2011-ci ildə 35 min 850 turist gəlib. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247
avatar

Oxşar yazılar