[b]Binəqədinin bu yolu 2 günlük bağlı olacaq[/b]
30 noyabr 2017 14:53 (UTC +04:00)

[b]Binəqədinin bu yolu 2 günlük bağlı olacaq[/b]

0

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq noyabrın 30-dan dekabrın 1-ə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni dekabrın 1-dən 3-dək olacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

 

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 485

Oxşar yazılar