Biləcəri qəsəbəsinin mərkəzi küçələrindən olan Ordubadi küçəsi əsaslı təmir edilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Ordubadi küçəsinin hazırda eni 9-12 metr arası dəyişir. Təmirdən sonra 670 metrlik küçə tamamilə 12 metr enində olacaq. Hazırda ərazidə yol geyiminin hazırlıqları davam edir. Sabah küçəyə yeni asfalt örtüyünün çəkilməsinə başlanılacaq.
P.Mürsəliyev onu da bildirdi ki, Biləcərinin digər əsas küçələri olan Asəf Zeynallı və Natəvan küçələri də təmir ediləcək.