Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələri ilə bağlı məsələyə aydınlıq gətirilib. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, ABU-da bu və ya digər səbəbdən təhsilləri yarımçıq saxlanılmış tələbələrin attestatlarının qaytarılmasına başlanılır: “İlkin mərhələdə 5000 tələbənin attestatı qaytarılacaq”.
Nazirlik rəsmisi qeyd edib ki, vətəndaşlar gələn həftənin birinci günündən bununla bağlı nazirliyə müraciət edə bilərlər.