Beynəlxalq Muğam Mərkəzində yubiley tədbiri keçirilib
02 may 2013 16:39 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində yubiley tədbiri keçirilib

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Səbail rayonunda, Beynəlxalq Muğam Mərkəzində təntənəli tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Səbail RİH başçısı Asif Əsgərov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə məlumat verib.

 

Sonra  xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova muğam dəstlərini, gənc və istedadlı müğənni Ramin Qasımov, əməkdar artist Fərid Əliyev,V.Mustafazadə adına «Sevil» ansamblı, C.Cahangirov adına xorun üzvləri  Ulu öndərin ən çox sevdiyi mahnıları və musiqi nömrələrini, xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova «Leyli və Məcnun» operasından parçanı, xalq artisti Brilyant Dadaşova Ulu öndərə həsr olunmuş mahnıları ifa ediblər.

 

Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və s. iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532
avatar

Oxşar yazılar