Bazarlardakı qiymət artımı ilə bağlı - RƏSMİ AÇIQLAMA
05 iyul 2013 12:15 (UTC +04:00)

Bazarlardakı qiymət artımı ilə bağlı - RƏSMİ AÇIQLAMA

“Ölkədə tərəvəz məhsullarının qiymətinin artması tərəvəz məhsullarının azlığı ilə əlaqədar deyil”. Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev bildirib. O qeyd edib ki, qiymət artımına səbəb istehsalçıların öz məhsullarını bazarda sata bilməməsidir: “Azərbaycanda tərəvəz tələbatdan 2 dəfə çoxdur. Lakin bazar rəhbərləri imkan vermirlər ki, insanlar kənddən gətirdikləri məhsulu bazarda satsınlar”.

 

Nazirliyin şöbə müdiri vəziyyətdən çıxış yolu olduğunu da bildirib. “Gərək istehsalçılar (fermerlər) bir araya gəlib tədarük bazası yaratsınlar. Biz bu cür qurumların dövlət vəsaiti hesabına yaradılması ilə bağlı 15 il öncə hökumətə müraciət etdik. Hökumətdən isə bildirdilər ki, torpaqlar özəl mülkiyyətə verilib, gərək istehsalçılar özləri bir araya gəlib tədarük bazası yaratsınlar”.

 

S. Vəliyev onu da qeyd edib ki, zərərvericilər ölkədə taxıl məhsullarının istehsalına mənfi təsir göstərməyib: “Taxılçılığa mənfi təsir göstərən yalnız kombayn çatışmazlığı oldu. Elə insanlar oldu ki, kombayn çatışmazlığından məhsulunu biçdirə bilmədi. Bu il ötən ilkindən 40.000 hektar artıq sahədə taxıl əkilib. Buna görə də problem yaşanmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar