Bu gün Bayıl qəsəbəsində su olmayacaq. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Səbail rayonu Neftçilər prospektindən keçən 500 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.