Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum uşaqlar üçün Sabunçu rayonunun Zabrat qəsəbəsində Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirir. Bu barədə Lent .az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzin yaradılması planlaşdırılır.
Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə, təhsil almalarına, cəmiyyətə inteqrasiya olunmalarına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək.