Baş nazir Artur Rasizadə “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliyə əsasən, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”na “Milli təhlükəsizlik və hərbi elmlər” bölməsi əlavə edilib. Bu bölməyə hərbi nəzəri elmlər, hərbi xüsusi elmlər, hərbi təbabət, milli təhlükəsizlik ixtisasları daxildir.
.