Bakı Ali Neft Məktəbi Qara Dəniz Universitetləri Şəbəkəsinə üzv qəbul olunub. Bu barədə Lent.az-a ali məktəbin şöbə müdiri Kəmalə Paşayeva bildirib. Onun sözlərinə görə, 2013-cü ilin noyabr ayının 7-8-də Qara Dəniz Universitetləri Şəbəkəsinin (QDUŞ) İcraçı Şurasının iclasında Bakı Ali Neft Məktəbinin müraciətinə baxılıb və ali təhsil müəssisəsi QDUŞ-un Nizamnaməsinin tələblərinə cavab verdiyinə görə bu Təşkilata üzv qəbul edilib.
Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının üzvü olan 12 ölkənin (Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və s. ) 100-dən artıq universitetini birləşdirir.