Bakı Ali Neft Məktəbinin kollektivi, Polşanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə birgə XX əsrin əvvəllərində Bibi Heybət ərazisində dənizin bir hissəsinin torpaqlanmasında fövqəladə rol oynamış polşalı mühəndis Pavel Nikolayeviç Pototskinin “Bayıl limanı” ərazisindəki qəbrini ziyarət ediblər. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
Sonra Bakı Ali Neft Məktəbinin akt zalında əfsanəvi mühəndis Pototskinin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Polşa Respublikasının Azərbaycandakı səfiri Mixail Labenda çıxış ediblər.
Konfransda rejissor Ziya Şıxlinskinin “Şopenin qayıdışı” qısametrajlı filmi nümayiş etdirilib.