Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi anılıb
12 dekabr 2014 15:28 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi anılıb

0
Dekabrın 12-də Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib. Lent.az-ın məlumatına görə, bununla əlaqədar olaraq BANM-nin bütün auditoriyalarında  Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Tələbələrə Heydər  Əliyevin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib. Onun müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik şəxsiyyət kimi Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğu bildirilib. 
 
Həmçinin BANM-nin tələbələrinə ulu öndərin əziz xatirəsinə həsr olunan, onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar