Xidmət şəbəkəsini genişləndirməklə yanaşı, müştərilərin rahatlığını düşünərək Bank Respublika-nın Baş Ofisi (Bakı ş., Xaqani küç. 21) qarşısında valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün yeni terminal xidmət göstərir.
Yeni terminal şəhərimizin sakinləri və qonaqları üçün günün 24 saatı ərzində valyuta mübadiləsi üzrə əməliyyatların aparılmasını təmin edir.
Yeni aparatın menyusu 4 dildən (Azərbaycan, Rus, İngilis və İtalyan) isitfadə etməyə imkan verir.
Mübadilə əməliyyatının 1dəfəlik maksimal həddi 550 AZN (ekvivalenti) təşkil edir və bunun üçün heç bir komissiya haqqı tutulmur.
Valyuta mübadiləsi bankomatında AZN, USD, EUR, RUR, GBP valyutaları qəbul edilir, bunun müqabilində isə AZN, USD,EUR, RUB valyutasında əskinasları almaq mümkündür.
Öz növbəsində, gündəlik məzənnə bank tərəfindən təyin olunur və ekranda göstərilir. Eyni zamanda bankomat seçilmiş valyutalar üzrə hesablama apararaq müştəriyə konvertasiya olunmuş məbləği də göstərir.
Əməliyyat bitdikdən sonra qəbzin üzərində həmçinin bütün bu məlumatlar əks olunur.