“Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinə müraciət edib. Qurumun mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X. Xasməmmədov küçəsindən keçən uzun müddətdir istismarda olan 355 mm diametrli çuqun borulardan ibarət 1200 metrlik magistral su xətti polietilen borularla əvəzlənib. Hazırda yeni xəttin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar fevralın 5-də gün ərzində Sabunçu rayonu Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.