Bu gün və sabah Bakı şəhəri Binəqədi, Nərimanov və Sabunçu rayonlarında içməli su problemi yaşanacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı nasos stansiyasında aparılan təmir işləri ilə əlaqədar 2-3 may tarixlərində Bakı şəhəri Binəqədi, Nərimanov və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Ramiz Mikayıloğlu