Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Lent.az-a “Azəriqaz”-dan məlumat verilib.
Belə ki, Xətai rayonu Xocalı prospektindən keçən 273 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin istismara yararsız 1100 p/m hissəsinin əvəzlənməsi məqsədilə iş aparılır. Yeni çəkilmiş 315 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, işlər başa çatanadək Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.