Bakıdan Bağdada təyyarə reysi açılır
21 yanvar 2014 18:31 (UTC +04:00)

Bakıdan Bağdada təyyarə reysi açılır

"İraq hökuməti bütün dünyadan gələn, o cümlədən azərbaycanlı zəvvarların təhlükəsizliyini təmin edir. İndiyə kimi azərbaycanlı zəvvarların heç bir təhlükəsizlik problemi olmayıb".

 

APA TV-nin xəbərinə görə, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Barak deyib. Səfir iki ölkə arasında birbaşa aviareysin açılması ilə bağlı danışıqların da yekunlaşdığını bildirib: "İlk reysin həyata keçirilməsi ərəfəsindəyik. Hazırlıqlar gedir. Yalnız texnikin məsələlər üzrə danışıqlar yəni, İraq vətəndaşlarının Heydər Əliyev aeroportunda viza alması məsələsi qalıb. Hesab edirik ki, həftədə 4 uçuş həyata keçiriləcək. Artıq biletlərin qiyməti də müəyyənləşib".

 

Səfir Azərbaycanın İraqda səfirlik açması məsələsinə toxunaraq, qeyd edib ki, Azərbaycan səfirliyinin bu il ərzində açılması planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu məsələyə önəm verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Oxşar yazılar