Bu gün Tarif Şurasınım benzinin qiyməti qaldırmasından sonra Bakıdakı yanacaqdoldurma məntəqələrində satış dayandırılıb.
APA TV-nin əməkdaşının verdiyi məlumata görə, yanacaqdoldurma məntəqələrində bunu texniki problemlərlə izah ediblər.
Belə ki, yanacaqdoldurma məntəqələrindəki aparatlarda qiymətlər köhnə tariflərə uyğunlaşdırılıb. Benzin satışının bərpası üçün proqramlarda dəyişiklik edilməlidir.
Bəzi yanacaqdoldurma məntəqələri isə ümumiyyətlə, bağlı olub. Amma onların hamısında artıq qiymətlər artımla göstərilirdi.
Yanacaqdoldurma məntəqələrində kiçik növbələr də yaranmışdı.
Mahir Məmmədli
FOTOlar müəllifindir