Heydər Əliyev prospektinin köməkçi yolunda şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bәrpa edilib.
APA-nın mәlumatına görə, Bağırov körpüsünün alt hissəsində tuneldə təmir-bərpa işləri başa çatıb.
Tuneldә alkapon örtüyü yenilәnib, yonma işlәri aparılıb, asfalt örtüyünün sıradan çıxmış hissәlәri tәzәlәnib.
Qeyd edәk ki, fevralın 28-i sәhәr saatlarından Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində nəqliyyat vasitәlәrinin hәrәkәti tam mәhdudlaşdırılmışdı.