Bakıda daha bir iri tikinti layihəsi yekunlaşmaq üzrədir. Lent.az-ın məlumatına görə, bu, Azərbaycanın ən böyük xəstəxanası olacaq binadır. Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun sağ tərəfində inşa olunan xəstəxananın adı “Milli Sağlamlıq Mərkəzi” (“National Health Center”) olacaq və burada müxtəlif tibbi xidmətlər göstəriləcək.
Artıq mərkəzin tikintisi yekunlaşmaq üzrədir. 2015-ci ildə xəstəxananın istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, mərkəz 540 çarpayı tutumuna, 170 min kvadrat metr əraziyə malik olacaq.