Bakıda daha bir körpünün tikintisi planlaşdırılır. Lent.az-ın məlumatına görə, yeni körpü tikilməkdə olan Bakı Olimpiya stadionunun yaxınlığında, 12 hərəkət zolağı olan Heydər Əliyev prospektinin üzərində inşa olunacaq. Nəqliyyat nazirliyi “Azəryolservis” ASC-nin sifariş verdiyi layihə artıq təsdiqlənib.
Yeni körpü iki nəhəng dirək vasitəsi ilə birləşdirilən ötürücüdən ibarət olacaq. Asma körpü 60 min nəfərlik Olimpiya stadionuna gələnlərin rahatlıığını təmin edəcək. Həmçinin bu körpü vasitəsi ilə Heydər Əliyev prospektinə paralel çəkilən yeni prospekt Sabunçu qovşağına birləşəcək. Hazırda ərazidə iş davam etdirilir. Layihəni Türkiyə şirkəti həyata keçirir.
"Azəryolservis" ASC-dən Lent.az-a bildirilib ki, layihə ilə bağlı verilmiş məlumat yanlışdır. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev qeyd edib ki, hər hansı şirkətə belə bir layihə sifariş edilməyib və layihə təsdiq edilməyib: "Bu məlumat tamamilə yanlışdır və tərəfimizdən təsdiq edilmir".