Bakıda mədədən qida borusu düzəldiblər
12 aprel 2013 17:13 (UTC +04:00)

Bakıda mədədən qida borusu düzəldiblər

0

Azərbaycanın Milli Onkologiya Mərkəzində həkimlər mədədən qida borusu düzəldiblər. Lent.az-ın məlumatına görə, bu barədə məlumatı ANS PRESS-ə Milli Onkologiya Mərkəzinin Baş-Boyun Şişlər şöbəsinin müdiri Nazim Quliyev verib. Onun sözlərinə görə, artıq 1,5 ildir ki, mərkəzdə bu tip əməliyyatlar keçirilir.

“Ən çətin lokalizasiya (şişin yeri) olan xəstələr qida borusunun boyun hissəsinin şişləridir. Onları əvvəllər şüa, kimya terapiya ilə müalicə edirdilər. Demək olar ki, heç yerdə əməliyyat etmirdilər. Belə xəstələr çətin, hətta demək olar ki, ümumiyyətlə şəfa tapmırdılar. Çünki şüa müalicəsi xəstələrin 10 faizinə 1 il kömək edirdi. Əməliyyat edəndə isə xəstənin boynunda 3 dəlik qalırdı. Onlardan biri nəfəs, biri qida borusu (qida boyundan verilirdi), digər isə ağız boşluğu üçün olurdu. Əməliyyatdan sonra xəstə əlil olurdu, ona qida belə zondla verilirdi. Nəticədə insanlar çox əziyyət çəkir, cəmiyyətdən, ailədən təcrid olurdular”, - deyə şöbə müdiri bildirir.

Lakin artıq vəziyyət dəyişib. Bu gün mərkəzdə bu tip əməliyyatları aparmaq üçün yaxşı mütəxəssislər və əməliyyatdan sonra reablitasiya keçmək üçün şərait yaradılıb.

Şöbə müdirinin sözlərinə görə, bu tip unikal əməliyyat zamanı xəstənin qırtlağı, qida borusu ilə birlikdə çıxarılır. İkinci mərhələdə mədə bağırsaq şöbəsinin əməkdaşları ilə qarın boşluğuna açılır. Mədədən qida borusu düzəldilir və qarın boşluğundan, döş qəfəsindən-yəni köhnə qida borusunun yerindən aparılaraq boyunda udlaq dəliyinə birləşdirilir.

Bununla da əməliyyat bitir. Əməliyyat təxminən 8 saat davam edir. Bu əməliyyat nəticəsində qırtlaq çıxarılaraq, boyunda bir dəlik qalır.

“Adinal bölmənin də əməliyyatı çox mürəkkəbdir. Mədədən qida borusu düzəltmək çox məsuliyyətlidir. Bu zaman hər hansı damar bitişməməlidir. Çünki belə olarsa, düzəldilən qida borusu çürüyə bilər. Bu çox mürəkkəb əməliyyatdır. Xəstələrimizin hamısı sağalıblar. Biz bu işlərimizi ancaq ixtisaslaşmış jurnallarda dərc etdirmişik”.

N.Quliyev əməliyyatdan sonra xəstənin radikal müalicə aldığını və əməliyyatdan təxminən 8-10 gün sonra ağzı ilə yemək yeyə bildiyini deyib. “MDB məkanında bu əməliyyat demək olar ki, heç yerdə aparılmır. Ancaq Avropada olur”. Həkimin sözlərinə görə, bu vaxta qədər bu yolla 6 xəstə əməliyyat edilib. Hazırda sonuncu xəstənində vəziyyəti normaldır.

Onkoloq azərbaycanlı xəstələrlə bağlı əsas problemin həkimə gec müraciət etməsi ilə bağlı olduğunu deyirlər. Xəstələr bundan sonra nə qədər yaşasalar da cəmiyyətdən təcrid olmur, normal insan kimi yaşayırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1533

Oxşar yazılar