Bakıda havanın temperaturu yüksələcək - YENİLƏNİB
14 iyul 2014 14:12 (UTC +04:00)

Bakıda havanın temperaturu yüksələcək - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a bildirib ki, gün ərzində şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin dağlıq rayonlarda yağış yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 20-24, gündüz 32-37 dərəcə isti olacaq. Dağlıq rayonlarda isə gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

 

Qeyd edək ki, iyunun 13-dən etibarən ölkədə hava nisbətən sərinləşmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1885

Oxşar yazılar