Bakıda hava sərinləşəcək - YENİLƏNİB
13 iyul 2014 15:19 (UTC +04:00)

Bakıda hava sərinləşəcək - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu iyulun 14-nə olan hava haqqında məlumatı açıqlayıb. Lent.az-ın məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. 
 
Gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Temperatur gecə 20-24°, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaqdır.
 
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcəkdir.
 
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaqdır.
 
Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 19-24° isti olacaqdır, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2735

Oxşar yazılar