Bakıda daha bir yolda nəqlioyyatın hərəkəti məhdudlaşacaq. “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq fevralın 28-i axşam saat 20.00-dan martın 1-i səhər saat 8.00-a qədər həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.