Bakıda daha bir beynəlxalq tədbir
03 iyun 2013 18:03 (UTC +04:00)

Bakıda daha bir beynəlxalq tədbir

“Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Beynəlxalq konfrans bu gün başlayıb. 

Konfransı giriş sözü ilə açan AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov  konfrans çərçivəsində qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının coğrafi problemlərinin tədqiqinə dair yeni elmi nəticələrin müzakirə olunacağını bildirib.

Tədbirdə çıxış edən AMEA Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov qeyd edib ki, konfrans çərçivəsində regionların landşaft ekoloji müxtəlifliyini qorumaqla geosistemlərin rekreasiya potensialının dərindən tədqiqi və ondan turizm sənayesinin inkişafında səmərəli istifadə edilməsi və ekoturizmin perspektiv istiqamətləri geniş miqyasda təhlil olunacaq.

Konfrans öz işini “Geosistemlərin təbii ehtiyat potensialı və ondan istifadə”, “Qlobal iqlim dəyişmələri, iqlim və su ehtiyatları”, “Davamlı sosial-iqtisadi inkişaf və qida təhlükəsiliyi”, “Geosistemlərin turizm-rekreasiya potensialının qiymətləndirilməsi” bölmələri üzrə davam etdirib.

Qeyd edək ki, konfrans iyunun 5-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar