Bakıda çökmüş yol yenidən istifadəyə verildi
25 fevral 2013 11:38 (UTC +04:00)

Bakıda çökmüş yol yenidən istifadəyə verildi

Bir neçə gün əvvəl Bakıda çökmüş yol təmirdən sonra sürücülərin ixtiyarına verilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Badamdar şosesindən Mikayıl Müşfiq küçəsi istiqamətində aparılmış təmir işləri başa çatdırılıb. Yolun bütün hərəkət zolaqları açıqdır və sürücülər günün istənilən vaxtı hər iki istiqamətdə rahat hərəkət edə bilərlər.

 

Qeyd edək ki, Qurd Qapısı adlanan yerdən Mikayıl Müşfiq dairəsinə doğru hərəkət zolağında yol çökmüşdü, bu səbəbdən yolun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Nizam Rza

Oxşar yazılar