Bakıda 20 Yanvar faciəsi ilə bağlı yeni abidə ucaldılıb. Binəqədi Bakının Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış parkın və “Güllə yağışı” abidəsinın açılışı olub.
Açılış mərasimində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 20 yanvar faciəsində şəhid və əlil olmuş şəxslərin ailələri ilə görüş keçirib. Görüşdən sonra 45 nəfər 20 Yanvar əlilinə və 18 şəhid ailəsinə maddi yardım və ərzaq bağlamaları paylanıb.