Bakıda 4 yaşlı uşaq çətin anlar yaşadı
22 iyul 2014 11:58 (UTC +04:00)

Bakıda 4 yaşlı uşaq çətin anlar yaşadı

Bakıda azyaşlı uşağın barmağında dəmir həlqə qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  Bakı şəhəri, Sabunçu rayonunda 2010-cu il təvəllüdlü uşağın barmağında dəmir həlqənin çıxara bilmədiyi üçün “112” qaynar telefon xəttinə zəng edərək kömək istəyib.

 

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uşağın barmağı sıxıldığı üçün şişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həlqəni kəsərək barmaqdan çıxarıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760
avatar

Oxşar yazılar