Bakı üzrə 53 xəritə hazırlanacaq
06 oktyabr 2017 02:55 (UTC +04:00)

Bakı üzrə 53 xəritə hazırlanacaq

Bu ilin sonunadək Bakı üzrə 53 bələdiyyənin xəritəsi hazırlanacaq.

 

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

 

Qeyd olunur ki, uçot işi bitmiş 12 rayondan 8-ində rayonların hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. İlin sonuna digər 4 rayonda da (Oğuz, Balakən, Beyləqan və Zaqatala) bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşacaq.

 

Sumqayıt və Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin hazırlanması işi bu ilin sonuna yekunlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar