Bakı Nəqliyyat Agentliyindən oruc tutan sərnişinlərə jest
14 iyun 2017 09:46 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyindən oruc tutan sərnişinlərə jest

0

 

Bakı Nəqliyyat Agentliyi iftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edib.

 

BNA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər. Aksiya Bakı Nəqliyyat Agentliyi və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə keçirilir.

 

Bakı Nəqliyyat Agentliyi bir daha müqəddəs Ramazan ayında xalqımıza  ən xoş diləklərini yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar