Bakı məktəblərində “Xocalı” soyqırımı anılacaq
18 fevral 2013 16:27 (UTC +04:00)

Bakı məktəblərində “Xocalı” soyqırımı anılacaq

Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən Xocalı soyqırımının iyirmi birinci ildönümünün təhsil müəssisələrində keçirilməsi barədə Tədbirlər Planı hazırlanıb. Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, Tədbirlər Planına görə soyqırımla əlaqədar  mühazirələr, bədii qiraət saatlarının təşkili, fevralın 25-dək  təhsil müəssisələrinin saytlarına Xocalı soyqırımını əks etdirən materialların daxil edilməsi, Xocalı soyqırımına həsr olunan  foto – stendlərin, guşələrin hazırlanması, rəsm sərgilərinin təşkil edilməsi, divar qəzetlərinin buraxılması, sənədli və bədii filmlərin nümayişinin təşkili nəzərdə tutulub. Bunlarla yanaşı,  fevralın 23-dək  ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində ədəbi – bədii kompozisiyaların keçirilməsi, həmçinin fevralın 25-dək  isə soyqırımına həsr olunan matəm mitinqləri, xatirə gecələri, soyqırımın şahidi olan adamlarla görüşlərin  təşkili planlaşdırılıb. T.İsmayılov adına Uşaq – Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasında isə fevral ayının 25 – də “Yad əllərdə qalmayacaq bircə qarış torpağımız” mövzusunda rəsm sərgisi keçiriləcək.

20 – 26 fevral tarixləri Xocalı soyqırımının iyirmi birinci ildönümü ilə əlaqədar təhsil müəssisələrində “Xocalı həftəsi” elan olunacaq. Fevralın 25 – də ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar