Bakı küçələrində elektron səsvermə kampaniyası keçiriləcək
08 fevral 2013 18:48 (UTC +04:00)

Bakı küçələrində elektron səsvermə kampaniyası keçiriləcək

Bu gün Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov Ağ Evin rəsmi veb-səhifəsində Xocalı soyqırımının tanınmasına dair yerləşdirdiyi petisiya ilə bağlı mətbuat konfransı keçirib.

 

Lent.az-ın verdiyi məlumata görə, Ramin Məmmədov 2012-ci il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar həyata keçirilmiş izdihamlı yürüşü xatırladıb və qeyd edib ki, bu gün biz artıq taleyüklü məsələlərimiz barədə özümüzü müdafiə strategiyasından daha çox, hücum strategiyasından istifadə etməliyik.

 

O, “Biz xalqıq” (We the people) bölməsinin Ağ Evin rəsmi veb səhifəsində 2011-ci ildən yaradıldığını nəzərə çatdırıb. Bu bölmədə ayrı-ayrı petisiyalara imza atanların ümumi sayı 3,4 milyondan çoxdur.

 

Ağ Evin rəsmi veb-səhifəsində yerləşdirilmiş petisiya haqqında məlumat verən Ramin Məmmədov  Dünya Azərbaycanlı Gənclər Birliyinin bu petisiyanın da tələb olunan sayda imza toplaması üçün öz səylərini səfərbər etdiyini bildirib. Onun sözlərinə görə, kampaniyaya daha geniş auditoriyanın cəlb edilməsində və  bu günə kimi petisiyaya 42 mindən çox imzanın atılmasında “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirilmiş video çarxların böyük rolu var.

 

Eyni zamanda sabahdan etibarən səsvermə imkanı olmayan vətəndaşlara kömək məqsədilə Bakı küçələrində planşetlər vasitəsilə elektron səsvermə kampaniyası da həyata keçiriləcək. 13 yaşı tamam olmuş hər bir şəxs bu səhifədə petisiya yarada və ya səs verə bilər.  Bundan əlavə, petisiya yaratmaq və mövcud petisiyanı imzalamaq haqqında şərtlərdə istifadəçilərin hansı ölkədən olmasına aid heç bir məhdudiyyət öz əksini tapmayıb.

 

ABŞ hökuməti bu rəsmi səhifəni yaradarkən əsas məqsəd kimi ilk növbədə amerikalıların Administrasiyaya müraciət etmə imkanının təmin edilməsini nəzərdə tutduğunu bildirib: “Lakin bu o demək deyil ki, Amerikadan kənarda yaşayan insanlar Administrasiyaya müraciət hüququnda məhrumdurlar. Buna bariz nümunə kimi 29 sentyabr 2011-ci ildə səhifədə yerləşdirilən “Şri-Lankada törədilmiş müharibə cinayətləri və insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq istintaqa dəstək” adlı petisiyanı göstərmək olar. Petisiya yanvarın 3-dək cəmi 5,938 sayda imza toplayıb, petisiyanı imzalayanların heç də hamısı ABŞ vətəndaşı olmayıb. Buna baxmayaraq, petisiyaya ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu tərəfindən rəsmi mövqe bildirilib”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147
avatar

Oxşar yazılar