Bakı Ali Neft Məktəbində Xocalı qurbanları anılıb
25 fevral 2015 18:00 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində Xocalı qurbanları anılıb

 Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş  tədbir keçirilib.

 

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Daha sonra tədbiri açan BANM rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında  silinməz izlər buraxan Xocalı soyqırımı  XX əsrin  insanlığa qarşı  törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir. Bu  faciəsinin düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd edən rektor deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edilib. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub: “Bu soyqırımı törədən  insanlar bu gün Ermənistan dövlətinin siyasi elitasını təmsil edənlərdir. Bu isə erməni millətinin hansı insani dəyərlərə və keyfiyyətlərə mənsub olduqlarının ən böyük göstəricisidir”. E.Qasımov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınacağına, bu cinayəti törədən şəxslərin tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklərinə əminliyini bildirib.

 

Tədbirdə iştirak edən MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz çıxışında deyib ki, bu soyqırıma dünya ictimaiyyəti  tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün taleyüklü məsələdir. O, gəncləri  Xocalı faciəsinin dünyada  tanıdılmasında aktiv olmağa çağırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar