Bakı Ali Neft Məktəbində Xocalı faciəsi ilə bağlı tədbir keçirilib
25 fevral 2013 12:07 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində Xocalı faciəsi ilə bağlı tədbir keçirilib

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.  Lent.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və BANM-nin kollektivi iştirak ediblər.

 

Mərasim iştirakçıları ilk öncə “Ana harayı” abidəsini ziyarətə ediblər. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardan biridir. “Mən inanıram ki, ölkə başçısı İlham Əliyevin uzaq görən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınacaq və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcək”.

B. Sadıqov çıxışı zamanı söyləyib ki, Xocalı soyqırımı 20-ci əsirdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir. O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağırıb.

 

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı Soyqırımı” filimi nümayiş olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar