Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə iki vaqon qoşuldu
28 iyun 2018 12:42 (UTC +04:00)

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə iki vaqon qoşuldu

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.
 
 
 
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından Bakı-Sumqayıt-Bakı istiqamətində  hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
 
 
 
Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.
 
 
 
"Əgər əvvəl Bakı-Sumqayıt və əks istiqamətdə hər gün 6 vaqon hərəkət edirdisə, indi 8 vaqon hərəkət edir", - deyə S.Qədirova vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

APA Baycan

Oxşar yazılar