[b]Bakı-Batumi avtobus reysi açılır[/b]
23 iyun 2017 09:37 (UTC +04:00)

[b]Bakı-Batumi avtobus reysi açılır[/b]

0

İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “APA-Economics”ə verilən xəbərə görə, avtobuslar Bakı vaxtı ilə saat 18:00 yol düşəcək, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 09:00-da çatacaq.

 

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 5 yaşından-10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.

 

Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə  avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər.

 

Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları  məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar