<b>Bakı-Sumqayıt yolundakı təmirlə bağlı <span style="color:red;">RƏSMİ AÇIQLAMA </b>
28 iyun 2018 17:50 (UTC +04:00)

Bakı-Sumqayıt yolundakı təmirlə bağlı RƏSMİ AÇIQLAMA

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə bağlı rəsmi açıqlama verib. Lent.az-ın məlumatına görə, qurum rəsmisi bildirib ki, yolun təmirə ehtiyacı olub: “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və o gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir. Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii fatorların təsiri ilə artıq aşınmalar yaranmışdı. Təmir işləri aparılmasaydı 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu üzdən yolun hazırda qısa müddətli təmiri daha məqsədəuyğun idi.

Qeyd üçün deyim ki, bu kimi təmir işləri qərarı, özü də şəhərin intensiv hərəkət olan hissəsində nə AAYDA tərəfindən özbaşına gəbul edilib icra edilmir. Bu cür məsələlər Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır”.

 

Anar Nəcəfli təmir işlərin ən qısa müddətdə bitəcəyini də qeyd edib: “Hazırda tunelin çıxışından Biləcəri yolu ilə əsas yolun kəsişdiyi nöqtəyədək qızğın iş gedir. Bu səbəbdən 20 yanvar körpüsü və tunellə hərəkət məhdudlaşdırılıb. Nəqliyyat axını 20 yanvar dairəsi və Şamaxı yolu (Şamaxinka) adlanan əraziyə yönəldiyindən orda sıxlıq yaşanır. 2-3 günə dediyim ərazilərdə işlər bitən kimi körpü və tunellə hərəkət bərpa olunacaq və Şamaxı yolu deyilən ərazidə yaşanan sıxlıq aradan qalxacaq. Ötən günlə müqayisədə hazırda ərazidə sıxlıq azalıb. Hətta ötən gün Sumqayıt istiqamətindən Bakıya girişdə xaos yaşanırdı. Hazırda isə bu yoxdur, yol boşdur. Niyə? Çünki sürücülər alternativ yollara (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat və Sumqayıt-Pirşağı avtomobil yolları) üstünlük veriblər. Təmir işləri sonrakı mərhələlərdə hissə-hissə Xırdalan dairəsinə qədər davam etdiriləcək. Bu zaman hərəkət zolaqlarının yarısında təmir aparılacaqsa, yarısı ilə hərəkət davam etdiriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

Oxşar yazılar