Bakalavrların sınaq imtahanının vaxtı məlum oldu
15 fevral 2013 12:49 (UTC +04:00)

Bakalavrların sınaq imtahanının vaxtı məlum oldu

“Ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək”. Lent.az-ın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.  7 sınaq imtahanın keçiriləcəyini bildirən M. Abbaszadə vurğulayıb ki, onların 3-ü təkrar olacaq. “Ali təhsil müəssisələrinin ərizə qəbulun aprelin 9-dan mayın 15-dək olacaq, ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək. Ali və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı mayın 1-dən 20-dək olacaq” - deyə, TQDK sədri əlavə edib.
 

M. Abbaszadənin sözlərinə görə, rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsi mayın 19-da Bakıda və bölgə mərkəzlərində olacaq. Mayın 8-dək rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində iştirak etmək istəyənlər ərizələrini təsdiqlətməlidirlər: “İyunun 23-də isə Rus bölməsi üzrə Azərbaycan dili imtahanı yalnız Bakıda keçiriləcək.
 

Hərbi liseylərə ərizə qəbulu 15 aprel-25 iyun tarixlərində, magistraturaya sınaq imtahanı 17 fevral, magistraturanın I mərhələsi üzrə qəbul imtahanı 3 mart, II mərhələsi isə 23 iyunda olacaq. Magistraturaya proqram seçimi 3-11 iyun, magistraturaya ixtisaslaşma seçimi 26-28 iyun,  müxtəlif istiqamətlər üzrə qabiliyyət imtahanları iyulun 18-dən avqustun 12-dək olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1459

Oxşar yazılar