Yeni ixtisaslar Xarici İşlər Nazirliyinin təklifləri əsasında yaradılıb
Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin təkliflərini nəzərə alaraq “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na dəyişiklik edib. Lent.az-ın verdiyi məlumata görə, bakalavriat səviyyəsi ixtisasları siyahısına “36-1. 050216 Dövlət və ictimai münasibətlər” ixtisası əlavə edilib.
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar siyahısına isə Humanitar və sosial ixtisaslar qrupuna “Transmilli cinayət hüququ” daxil edilib. Eyni zamanda “060216 Dövlət və ictimai münasibətlər” ixtisas qrupu və “İctimai siyasət” ixtisası yaradılıb.