Bakalavriat təhsili ilə bağlı qaydalarda dəyişiklik edildi - <span style="color:red;">QƏRAR
21 aprel 2014 10:18 (UTC +04:00)

Bakalavriat təhsili ilə bağlı qaydalarda dəyişiklik edildi - QƏRAR

 

 

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nda  dəyişiklik edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Qərar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında” prezidentin sərəncamının icrasını təmin etmək məqsədi ilə verilib. Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

 

Qeyd edək ki, bu dəyişiklik  “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda da öz əksini tapıb.

 

 

 

# 1337

Oxşar yazılar