Nəsimi rayonunda Şəmsi Bədəlbəyli küçəsində təmir işləri davam etdirilir. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Axşam saatlarınadək Rəşid Behbudov küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək olan hissədə asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşacaq.
Yaxın 2 gün ərzində küçədə nəqliyyatın hərəkəti təmin olunacaq.