Alimlər 6 saatdan az və 8 saatdan çox yatan insanların ölüm riskinin daha yüksək olduğunu açıqlayıblar.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, İngiltərənin Varvik Universitetinin professorları 1 milyondan çox insanın yuxu adətləri haqda araşdırma aparıb. Nəticədə məlum olub ki, az yatmaq kimi çox yatmaq da insan həyatına pis təsir edir. 8 saatdan çox yatan adamların ölüm riski 6-8 saat qaydasına əməl edənlərdən 30% daha çoxdur. 6 saatdan az yatanların ölüm riski isə orta səviyyədə yatanlardan 12% daha yüksəkdir. Araşdırma lazım olandan daha çox yuxuya ehtiyacı olan adamlarda gizli bir xəstəliyi ola biləcəyini də göstərir.