Azərbaycanlı ifaçı mükafatlandırıldı
15 fevral 2014 17:22 (UTC +04:00)

Azərbaycanlı ifaçı mükafatlandırıldı

Müdafiə naziri, general polkovnik Zakir Həsənov Silahlı qüvvələrin Şəxsi Heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə bir qurup sənətçi mükafatlandırılıb.  Lent.az-ın məlumatına görə, mükafatlandırılanlar arasında Azərbaycan Televiziya və Radiosunun Musiqi kollektivlərinin bədii rəhbəri, Səs yazma evinin direktoru Ramil Qasımov da var. Azərbaycan Televiziyasının fəaliyyətə başlamasının 58-ci ildönümü qeyd edilən gün müdafiə nazirinin əmri ilə təltif olunduğu fəxri Fərman Ramil Qasımova təqdim edilib.

 

R. Qasımov deyib ki, hərbi marşlar və vətənpərvərlik mahnılarından ibarət yeni konsert proqramının hazırlıq işlərini başa çatdırıb: “Müdafiə nazirinin sənətə verdiyi bu qiymətə cavab olaraq, Novruz bayramı ərəfəsində biz cəbhə bölgələrində xidmət edən Vətən müdafiəçilərinin qonağı olacaq və onlara musiqili xoş ovqat yaşadacağıq”.

 

 

# 1037
avatar

Oxşar yazılar