Azərbaycanlı avtoritet oğlanlarına  “palatka”  toyu etdi
23 sentyabr 2013 12:10 (UTC +04:00)

Azərbaycanlı avtoritet oğlanlarına “palatka” toyu etdi

Bakının Hökməli kəndində Azərbaycan, Rusiya və Dağıstandan olan onlarla avtoritetin iştirakı ilə dəbdəbəli toy məclisi keçirilib.


Lent.az-ın aznews-a  istinadən verdiyi xəbərə görə, məclisin sahibi “Hökməli Rasim” ləqəbli tanınmış kriminal avtoritet olub. Məlumata görə, “Hökməli Rasim” dünən öz kəndində 3 oğluna birdən toy edib. Bildirilir ki, bu hal kriminal aləmdə bir ilk olub. Buna qədər oğru aləminin heç bir üzvü 3 oğluna eyni anda toy etməyib.

Mənbənin sözlərinə görə, toy məclisində Azərbaycan, Dağıstan və Rusiyanın yüzə qədər tanınmış kriminal avtoriteti iştirak edib. Onu da bildirək ki, toy məclisi Bakı kəndlərinin adətinə uyğun olaraq, çadırda keçirilib və ancaq kişilər iştirak edib.

# 2783
avatar

Oxşar yazılar