Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimatı keçiriləcək. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
Tədbirdə qeyd olunan nəşrlərin tarixi əhəmiyyəti, onların ərsəyə gəlməsində görülmüş işlər haqqında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, atlas və xəritə ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən nəşr olunub.